Qaniçən İsrail ordusu təcili yardım və mülki avtomobili atəşə tutub

Qaniçən İsrail ordusu təcili yardım və mülki avtomobili atəşə tutub

Sionist İsrail ordusu Qəzza zolağının cənubunda Xan Yunisin qərbində yerləşən və əvvəllər "təhlükəsiz" olduğunu iddia etdiyi əl-Məvasi bölgəsinə daxil olub.

Az.rasthaber.com xəbər verir ki, hadisə şahidləri, işğalçı İsrail ordusuna aid maşın və tankların Xan Yunus limanına çatdığını, İsrail əsgərlərinin təcili yardım və mülki avtomobili atəşə tutduğunu, sahil yolunda park edilmiş avtomobili yandırdığını bildirib.

Qurudan bölgəyə daxil olan İsrail qüvvələri ilə Fələstin müqavimət qrupları arasında şiddətli toqquşmalar gedir.

Mevasi bölgəsinin iki bölgəyə bölünən Xan Yunus hissəsi şəhərin cənub-qərbində yerləşir və Deyr əl-Belah şəhəri ətrafına qədər uzanır.

Mevasidə təxminən 9 min fələstinlinin olduğu və onlardan 2 mininin bölgənin Rəfah hissəsində yaşadığı təxmin edilir.

Digər tərəfdən, sionist İsrail ordusunun radiosunun xəbərində ordunun dünən gecə saatlarında Zeytun rayonuna hərbi hücuma keçdiyi bildirilib.

HƏMAS mövzu ilə bağlı açıqlama verməsə də, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları, Zeytun rayonunun cənubunda İsrailin Merkava tanklarından birini Yasin 105 raketi ilə hədəfə aldıqlarını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR