Qana susayan İsrail rejimi Ramazan ayında da qan tökməyə davam edir

Qana susayan İsrail rejimi Ramazan ayında da qan tökməyə davam edir

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın son xəbərinə görə, sionist İsrail ordusu Qəzza zolağının şərqində yardım gözləyən fələstinliləri yenidən hədəfə alıb və onlarla insan həlak olub və yaralanıb.

Az.rasthbaer.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada sionist İsrail ordusunun Qəzza zolağının Küveyt qovşağında humanitar yardım gözləyən fələstinliləri hədəfə aldığı bildirilib.

Açıqlamada hücumda ilkin təsbitlərə görə 14 nəfərin şəhid olduğu və ən azı 150 nəfərin yaralandığı bildirilib və baş verənlərin sionist İsrailin əvvəlcədən planlaşdırdığı yeni və dəhşətli qətliam törətmək niyyətini nümayiş etdirdiyi vurğulanıb.

Açıqlamada, Küveyt qovşağındakı çətin sahə vəziyyətinə baxmayaraq, ölü və yaralıların təxliyə prosesinin davam etdiyi, xəstəxanalara çatdırılan yaralıların sağlamlıq vəziyyətinin ağır olması səbəbindən ölənlərin sayının arta biləcəyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR