İsrail ordusu Qəzza şəhərinin cənubunda kömək gözləyən fələstinlilərə atəş açıb.
Az.rasthaber.com xəbər verir ki, Qəzza hökumətinin media ofisindən verilən açıqlamada İsrail ordusunun un və ərzaq yardımı almaq üçün Qəzza şəhərinin cənubundakı Səlahəddin küçəsindəki Küveyt qovşağına gedən fələstinli mülki vətəndaşlara atəş açdığı bildirilib.
Açıqlamada qeyd olunub ki, İsrailin fələstinliləri hədəf alması, aclığı daha da artırmaq, mühasirəni və Qəzzada bu humanitar fəlakəti davam etdirmək istədiyinin göstəricisidir.
Açıqlamada həmçinin Qəzza zolağında humanitar vəziyyətin pisləşməsi və humanitar fəlakətin pisləşməsinə görə ABŞ, İsrail və beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığı vurğulanıb və soyqırım müharibəsinin dayandırılması və başda Qəzza olmaqla bütün əyalətlərə 1000 yük maşını yardımın çatdırılması ilə əlaqədar çağırış edilib.
Oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində əksəriyyəti uşaq olmaqla 30 mindən çox fələstinli həyatını itirib.