İşğalçı İsrailin Qəzzanın mərkəzi hissəsində yerləşən Deyr əl-Belahda həyata keçirdiyi hücum zamanı bir qrup fələstinli bombaların hədəfi olub.
Az.rasthaber.com xəbər verir ki, İsrail ordusu Qəzzanın mərkəzi hissələrində Deyr-Belahda Əqsa Şəhidləri Xəstəxanasının bağçasında məcburi köçkün fələstinlilərin çadırlarına hücum edib.
Qatil rejim ordusunun həyata keçirdiyi hücumda 4 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb.
Sionist rejim ordusu gecə saatlarında Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərində Əqsa Şəhidləri Xəstəxanasının ətrafına sığınan köçkün fələstinlilərin çadırına hücum edib.
Hücumun baş verdiyi bölgədəki dağıntılar və raket hissələri nümayiş etdirilərkən, hücum nəticəsində həyatını itirən və yaralananların olduğu bildirilib.