Sionist İsrailin Qəzza zolağına hücumları davam edir. Sionist İsrail qüvvələri ötən gecə Məğazi Qaçqınlar Düşərgəsinə hava hücumu həyata keçirib. Hücum zamanı bir bina dağılıb, 15 nəfər yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, yerli qaynaqlar hücumdan əvvəl heç bir xəbərdarlıq edilmədiyini bildirərək, hücumun Rəfahda gözlənilən hərbi əməliyyat səbəbilə bir çox ailənin sözügedən bölgəyə qayıtmağa başladığı günlərdə həyata keçirildiyinə diqqət çəkib.
Yaralılar müalicə olunmaq üçün Deyr Əl-Bəlah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.
Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Qudra dünən Qəzzada son vəziyyətlə bağlı açıqlama verib. Kudra İsrailin 132 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verib.
Sionist İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında daha 87 fələstinlini şəhid etdiyini bildirən Kudra Qəzzada şəhidlərin sayının 28 min 663-ə yüksəldiyini bildirib.