İran İslami Şura Məclisinin sədri Qərbi Asiya regionundakı xaosun kökünü Amerikanın sionist mafiyaya dəstəyi kimi göstərərək deyib: "İsrail regionda Amerikanın vəkalət qüvvəsi kimi çıxış edir və İran sionist rejimə qarşı siyasi, iqtisadi və silah embarqosu tətbiq etməyə çağırır."
Az.rasthaber.com xəbər verir ki, Məhəmməd Baqir Qalibaf çərşənbə günü, mayın 14-də İndoneziyanın paytaxtı Cakartada hazırda keçirilməkdə olan İslam Ölkələrinin 19-cu Parlamentlərarası Konfransında çıxışında deyib: "Məzlum Fələstin xalqı müasir tarixdə məlum olan ən uzun və ən təhlükəli işğaldan əziyyət çəkir. Qəzzə böhranı ilə birlikdə Fələstinin köhnə yarası İslam xalqının bədənində həmişəkindən daha dərin görünür."
Qalibaf qeyd edib: "Bu torpaqda biz müharibə yox, genişmiqyaslı soyqırımla üz-üzəyik. Sionist rejim mülki yaşayış məntəqələrini heç bir fərq qoymadan bombardman etmək və ya humanitar yardım çatdırmaq xətlərini dağıtmaqla Qəzzənin məzlum xalqını aclıq və susuzluq, həbs, terror, işgəncə, köçkünlük və vətəndən qovulma ilə üzləşdirir."
Bütün bunların bəşəriyyətə qarşı cinayət sayıldığını dünyanın bildiyini vurğulayan Qalibaf deyib ki, amma reaksiyalar çəkindirici və ardıcıl deyil, işğal, soyqırım və irqi ayrı-seçkilik prinsipləri üzərində qurulan bu rejim indi İslam dünyası üçün ən mühüm qeyri-sabitlik və təhlükə mənbəyidir. Təbii ki, hamı bu cinayətkar mafiyanın Amerikanın yaşıl işığı olmadan bu qədər vəhşiliyə qadir olmadığıni bilir. Əslində İsrail regionda Amerikanın nümayəndəsi kimi çıxış edir.
Qalibaf əlavə edib: "Fələstini müdafiə etmək İslamı, bəşəriyyəti müdafiə etmək və ədalət axtarmaqdır. İndi Qəzzə xalqının kütləvi şəkildə qətlə yetirilməsinin səbəb olduğu kədərin içində bu mühüm parlament birliyinin üzvləri sionist rejimini hədəflənmiş soyqırımı dayandırmağa məcbur etmək üçün əməli əməkdaşlıqlarından istifadə etməlidirlər. Bu gün qəzzəli uşaq və qadınların gözü İslam ölkələrimizin qərarına dikilib."
İran İslami Şura Məclisinin sədri qeyd edib: "İndi İslam ölkələrinin bu rejimi Qəzzənin mühasirəsinə son qoymağa məcbur etmək üçün kollektiv qərar qəbul etmə vaxtıdır."
İran İslami Şura Məclisinin sədri ABŞ rejiminin sionist mafiyaya dəstəyini Qərbi Asiya regionundakı xaosun kökü kimi göstərərək deyib: "Bu işğala və cinayətə cavab olaraq bölgə əhalisi müqavimətə üz tutub."
Qalibaf ABŞ prezidentinin dünən axşamkı açıqlamalarının onun xəyalpərəst olduğunu göstərdiyini bəyan edərək deyib: "Biz ona tövsiyə edirik ki, gözünü açsın və müqavimət yerinin xalqın qəlbində olduğu aydın reallığı görsün. Fələstin müqavimətinin bir il yarım bombardmandan sonra Qəzzə və İordan çayının qərb sahili əhalisi arasında keçirdiyi son sorğuda hələ də böyük fərqlə ən yüksək populyarlıq qazandığını söyləmək kifayətdir."