Qalibaf: İranın qəti cavabı sionist rejim və ABŞ-ı hücumlarını dayandırmağa məcbur etdi

Qalibaf: İranın qəti cavabı sionist rejim və ABŞ-ı hücumlarını dayandırmağa məcbur etdi

İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf, Tehrandakı Belarus səfiri ilə görüşündə sionist rejim və Amerikanın İrana qarşı hücumuna işarə edərək bildirib: Biz əvvəllər də İranın ərazi bütövlüyünə hər hansı təcavüz barədə xəbərdarlıq etmişdik və əgər bu təkrarlanarsa, cavablarımız daha da güclü olacaq.

Az.rasthaber.com xəbər verir ki, Belarusun Tehrandakı səfiri Dimitri Kaltsov 9 iyul 2025-ci il çərşənbə günü Baharistana gələrək İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibafla görüş və müzakirə aparıb.

 

Qalibaf bu görüşdə sionist rejim və Amerikanın İranın nüvə obyektlərinə qarşı qanunsuz və cinayətkar təcavüzü zamanı Belarus dövlətinin mövqeyini yüksək qiymətləndirərək deyib: Onların ölkəmizin nüvə obyektlərinə hücumları Amerika və sionist rejim tərəfindən həyata keçirilmiş ən çirkin və qanunsuz addımlardan biri idi, halbuki biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvüyük və nüvə fəaliyyətlərimiz Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır.

 

İran İslam Şurası Məclisinin sədri əlavə edib: İran İslam Respublikasının sionist rejimə verdiyi cavab, ölkəmizə zorla qəbul etdirilən 12 günlük müharibə dövründə, sarsıdıcı oldu; elə bir cavab ki, bu rejim öz qeyri-qanuni mövcudluğu dövründə belə bir hücumla üzləşməmişdi və nəhayət başladığı müharibəni dayandırmağa məcbur oldu.

 

Qalibaf həmçinin İran İslam Respublikasının bölgədə sülh və sabitliyin bərqərar olunmasına yönəlmiş siyasətlərini vurğulayaraq deyib: Bölgədə hər bir gərginliyin kökü, Amerika üçün bir proxy qüvvə kimi fəaliyyət göstərən qeyri-qanuni sionist rejimin mövcudluğundadır. Əlbəttə ki, onların ölkəmizə qarşı təcavüzünə cavab verdik və əgər bu təcavüz təkrarlansa, cavabımız daha sərt olacaq.

Xəbəri paylaş

VİDEOLAR