Putinin sarayı kimi təqdim olunan malikanənin sahibi üzə çıxdı

Putinin sarayı kimi təqdim olunan malikanənin sahibi üzə çıxdı

Rusiya müxalifətinin lideri Aleksey Navalnının ərsəyə gətirdiyi filmdə Gelencikdəki “Putinin sarayı” kimi təqdim etdiyi tikili əslində rusiyalı iş adamı və milyarder Arkadi Rotenberqə məxsusdur.

Rasthaber Azərbaycan gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Mash “Telegram” kanalı məlumat yayıb.

İş adamı bildirib ki, o, benefisiardı. Onun sözlərinə görə, İdokopas burnundakı ev tam hazır olduqdan sonra mehmanxana kimi fəaliyyət göstərəcək.

Rotenberq deyib ki, bu bizneslə çoxdan məşğul olur. Onun Krımda, Uzaq Şərqdə, Altayda bir neçə obyekti var. İş adamı bildirib ki, Gelencikdəki malikanə bir neçə il öncə əldə olunub.

Xəbəri paylaş

VİDEOLAR