Putinin getdiyi xəstəxananın baş həkimi koronavirusa yoluxub

Putinin getdiyi xəstəxananın baş həkimi koronavirusa yoluxub

Moskva vilayətinin Kommunarka qəsəbəsində yerləşən Tibbi Mərkəzinin Baş həkimi Denis Protsenko koronavirusa yoluxub

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb. 

Kommunarkadakı xəstəxanada "COVID-19" xəstəliyinə yoluxmuş insanlar müalicə olunurlar.

Protsenko xəstəli barədə sosial şəbəkədə paylaşım da edib. O, kabinetində özünütəcrid vəziyyətində işlədiyini bildirib.

Xatırladaq ki, martın 24-də Rusiya Prezidenti Vladimir Putin Kommunarkadakı xəstəxanaya baş çəkib. Onunla birlikdə onun mətbuat katibi Dmitri Peskov da xəstəxanaya gəlib.

Rusiya prezidenti xəstəxanada hətta Protsenko ilə də görüş keçirib, eləcə də baş həkimlə birlikdə müalicə alan xəstələrə baş çəkib.

Xəbəri paylaş

VİDEOLAR