Rusiya prezidenti Vladimir Putini virusdan qorumaq üçün xüsusi dezinfeksiya tuneli qurulub.
Rasthaber Azərbaycan BBC--yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putini virusdan qorumaq üçün xüsusi dezinfeksiya tuneli qurulub.
Putinin Moskva yaxınlığında Novo-Oqaryovo rəsmi iqamətgahına gələn hər kəs bu tuneldən keçməlidir, dövlət nəzarəti altında olan RİA Novosti agentliyi xəbər verib.
Agentlik dezinfeksiyaedici vasitəni insanların geyimini və bədənin açıq hissəsini əhatə edən narın damcılardan ibarət maye buludu kimi təsvir edib.
В резиденции Путина для защиты от коронавируса установили специальный туннель. Он предназначен для дезинфекцииhttps://t.co/jjwWbuZ2EX pic.twitter.com/h62KWARvsr
— РИА Новости (@rianru) June 16, 2020
Putinin mətbuat katibi Dmitri Peskov aprel ayının əvvəlində Putinlə görüşən hər bir şəxsin virusa qarşı testdən keçdiyini bildirib.
Bundan bir ay sonra Peskov özünün infeksiyaya yoluxduğunu söyləyib, Reuters xəbər verib.
Rusiya ölkədə 500 mindən çox yoluxma hadisəsinin qeydə alındığını bildirib.
Bu göstəriciyə görə Rusiya dünyada Braziliya və ABŞ-dan sonra üçüncü yerdədir.