Putindən Tramp və Bayden fərqləndirməsi

Putindən Tramp və Bayden fərqləndirməsi

16 iyunda C.Baydenlə olacaq görüşündən əvvəl V.Putin Amerikanın NBC kanalına müsahibə verib

 Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin sabiq ABŞ başçısı Donald Trampdan daha uzaqgörən ola biləcəyini dilə gətirib və Rusiya-ABŞ münasibətlərinin son illərin ən aşağı səviyyəyə düşdüyünü söyləyib.

  14 iyunda yayımlanacaq müsahibənin qismən paylaşılan hissəsində Putinin Baydenlə Trampı müqayisəsi yer alır. Baydenin Trampdan daha uzaqgörən ola biləcəyini söyləyən Putin deyib: "Tramp rəngli bir insandır, bəyənə də bilərsiniz, bəyənməyə də. O, ABŞ cəmiyyətinin içindən deyildi və əvvəllər də Amerika siyasətinin parçası olmayıb. Bununla belə cənab Tramp fövqəladə və bacarıqlı biriydi, belə olmasa, ABŞ prezidenti də olmazdı. Bayden isə ömrünün çoxunu siyasətdə keçirib. Onunla bir çox mövzunu təfərrüatı ilə müzakirə edəcəyik. İki ölkə arasında münasibətlər son illərin ən aşağı səviyyəsinə düşüb”.

  Aparıcının Baydenin onu "qatil" adlandırmasına Putin fikir vermədiyini və bu cür ittihamları "Hollivud maçoluğu"na bənzətdiyini söyləyib.

  Xatırladaq ki, Co Bayden və Vladimir Putin ABŞ və Rusiya arasındakı münasibətləri ətraflı müzakirə etmək üçün 16 iyunda İsveçrənin Cenevrə şəhərində bir araya gələcəklər.

Xəbəri paylaş

VİDEOLAR