Putin: Zelenski ilə görüşə hazıram

Putin: Zelenski ilə görüşə hazıram

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskini Moskvaya səfərə dəvət edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Belarus rəhbəri Aleksandr Lukaşenko ilə görüşü zamanı jurnalistlərin suallarına cavab verərək, Ukrayna Prezidenti Vladimir Zelenski üçün uyğun olan vaxtda onunla Rusiya paytaxtında ikitərəfli münasibətləri müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Putin qeyd edib ki, Ukrayna dövlətinin başçısı ikitərəfli münasibətləri yaxşılaşdırmaq istəyirsə, rəsmi Moskva bunu ancaq alqışlaya bilər.

Donbas ilə görüş keçirmək istəyirsə ilkin planda Zelenskinin separatçıların nümayəndələrilə bir araya gəlməsini, daha sonra Rusiya ilə problemi müzakirə etməsini təklif edən Putin "Əgər mövzu əlaqələrdirsə Zelenski üçün uyğun olan vaxtda Moskvada görüş keçirə bilərik" deyib.

Xəbəri paylaş

VİDEOLAR