Putin və Tramp telefonla koronavirusdan danışdılar

Putin və Tramp telefonla koronavirusdan danışdılar

Vladimir Putin və ADonald Tramp arasında telefon danışığı olub.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə Kremldən verilən yazılı açıqlamada bildirilib.

Məlumata görə, liderlər yeni növ koronavirus epidemiyasını və qlobal neft bazarlarındakı son vəziyyəti müzakirə ediblər.

Açıqlamada bu ifadələrə yer verilib: ''Vladimir Putin ilə Donald Tramp söhbət zamanı yeni növ koronavirus (Covid-19) epidemiyası ilə bağlı narahatlıqlarını ifadə ediblər və epidemiyaya qarşı ABŞ-la Rusiyada görülən tədbirlərlə bağlı bir-birlərini məlumatlandırıblar''.

Liderlər həmçinin qlobal neft bazarlarındakı son prosesləri  müzakirə ediblər və bu mövzu ilə bağlı danışıqların davam etdirilməsi məsələsində razılıq əldə ediblər.

Xəbəri paylaş

VİDEOLAR