Dmitriy Peskov paytaxt Moskvada jurnalistlərə mövzu ilə bağlı açıqlama verib.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Dmitriy Peskov paytaxt Moskvada jurnalistlərə mövzu ilə bağlı açıqlama verib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ve Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İdlib mövzusu ilə əlaqədar görüşü ehtimal olunur.
Onun sözlərinə görə, prezidentlərin görüşünə dair konkret plan yoxdur. Ancaq Moskva belə bir görüşün səmərəli olacağına inanır.
Türkiyənin Müdafiə Nazirliyi dünən yaydığı açıqlamada İdlibdə Suriya Ordusunun intensiv artilleriya atəşi nəticəsində 5 əsgərin həlak olduğunu bildirmişdi.