Putin və Ərdoğan arasında telefon danışığı

Putin və Ərdoğan arasında telefon danışığı

Әrdoğan vә Putin arasında telefon danışığı olub.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Rәcәb Tayyib Әrdoğan söhbәt zamanı  İdlibdә qarşıdırmaların qarşısının alınması mәqsәdi ilә  bölgәyә göndәrilәn Türkiyә Silahlı Qüvvәlәri birliklәrinә bazar ertәsi günü Bәşәr Әsәd rejimi tәrәfindәn tәşkil edilәn vә 8 hәrbçinin şәhid olmasına sәbәb olan hücumun  Suriyada sülhün tәmin olunması uçun göstәrilәn sәylәrә zәrbә vurduğunu ifadә edib.

Rәcәb Tayyib Әrdoğan  hәmçinin  bildirib ki, Türkiyә analoji hücumlar zamanı özünün müdafiә hüququndan istifadә edәcәk.

Görüşdә ikitәrәfli münasibәtlәr vә Suriya ilә Liviyadakı digәr proseslәr müzakirә olunub.

Rus mediası isə Putinin Ərdoğana İdliblə bağlı Rusiya-Türkiyə razılaşmasının xatırladıldığı, ekstremistlərin neytrallaşdırılması üçün iki ölkənin səylərinin artırılmasının vurğulandığını yazıb.

Xəbəri paylaş

VİDEOLAR