Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Bu barədə Kremldən məlumat verilib.
Putin Ərdoğana “atəşkəs rejimini və mülki əhalinin təhlükəsizliyini effektiv təmin edən rusiyalı sülhməramlıların fəaliyyəti” haqda məlumat verib.
Tərəflər həmçinin Qarabağda atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət mərkəzinin yaradılması işləri barədə də fikir mübadiləsi aparıblar.
Hər iki tərəf “regionda sabitliyin təminatına və dinc həyatın yoluna qoyulmasına yönəlmiş həllərin ardıcıl və tam yerinə yetirilməsinin zəruriliyini” qeyd edib.
Bundan başqa qaçqınların qayıtması, infrastrukturun bərpası və digər humanitar məsələlər də müzakirə edilib.