Putin və Paşinyan yenə Qarabağı müzakirə ediblər

Putin və Paşinyan yenə Qarabağı müzakirə ediblər

Həmçinin Ermənistan-Azərbaycan sərhədindəki cari vəziyyət də müzakirə predmeti olub.

Rasthaber Azərbaycan xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və işğalçı Ermənistan rejimi baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Kremlin məlumatına əsasən, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli 3-tərəfli bəyanatlarla müəyyən edilən razılıqların həyata keçirilməsi çərçivəsində Qarabağla bağlı aktual məsələlər müzakirə edilib.

Həmçinin Ermənistan-Azərbaycan sərhədindəki cari vəziyyət də müzakirə predmeti olub.

Putin və Paşinyan müxtəlif səviyyələrdəki gələcək kontaktlar barədə razılığa gəliblər.

Xəbəri paylaş

VİDEOLAR