1.03.2022 10:36:47
Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün öz şərtlərini irəli sürüb.
Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla söhbətində hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyinin ortaya qoyub.
O vurğulayıb ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.
"Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli, eləcə də Kiyevin neytral statusunun təmin edilməsi ilə mümkündür", - deyə məlumatda bildirilir.