Rusiya prezidenti Kremldə atom sahəsinin nümayəndələri ilə görüş zamanı bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin dünya bazarında həmkarlarının MS-21 təyyarəsinin qanadları üçün kompozit materialların tədürükünü dayandırmasını qanmazlıq adlandırıb.
“Bax, siz müdafiə kompleksi sahəsində işləyirsiniz. Lakin bizim yeni ortamagistral MS-21 təyyarəmizin müdafiə kompleksi ilə ortaq heç nəyi yoxdur. Həmkarlarımız götürüb vicdansızcasına bizə qanad üçün müvafiq kompozit materialların tədarüdükünü dayandırıblar. Bu nə deməkdir axı. Bu sadəcə qanmazlıqdır. Dünya bazarında hamı tərəfindən qəbul edilən bütün prinsip və qaydaların pozulmasıdır”, – deyə o, Kremldə atom sahəsinin nümayəndələri ilə görüş zamanı bildirib.
Putin deyib ki, bununla belə həmkarlar “bizim hər şeyə rəğmən istehsal edəcəyimizi bilirlər”.
O əlavə edib ki, bu addım Rusiya məhsulunun gec çıxmasına hesablanıb.