Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurası üzvlərilə danışıb
Rasthaber Azərbaycan xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurası üzvlərinə dünyadakı vəziyyəti postsovet məkanındakı işlərə üstünlük verməklə müzakirə etməyi təklif edib.
O qeyd edib ki, bu, Rusiyanın xarici siyasətdəki prioritetlərindən biridir.
“Əlbəttə, ümumilikdə dünyadakı vəziyyət haqda danışaq, postsovet məkanındakı işlərin vəziyyətinə üstünlük verməklə. Yəni demək istəyirəm ki, onlar bizim ən yaxın qonşularımız, müttəfiqlərimizdir, bir qayda olaraq da, bir çox şeydə bizim iqtisadi və siyasi maraqlarımız üst-üstə düşür”, – deyə o bildirib.
“Bu, şübhəsiz, bizim xarici siyasət prioritetlərimizdən biridir”, – deyə o əlavə edib.