Putin: Rusiya nüvə müharibəsinə hazırdır

Putin: Rusiya nüvə müharibəsinə hazırdır

Kreml hərbi-texniki nöqteyi-nəzərdən nüvə müharibəsinə hazırdır.

Az.rasthaber.com RBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Hərbi-texniki nöqteyi-nəzərdən biz, əlbəttə ki, hazırıq. Onlar (nüvə raketləri) bizdə daim döyüş hazırlığı vəziyyətindədir“, – deyə o, “Rusiya nüvə müharibəsinə hazırdırmı?” sualının cavabında qeyd edib.

Taktiki nüvə silahı barədə danışan Putin vurğulayıb ki, Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat” zamanı heç vaxt onların tətbiqi zərurəti olmayıb. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində nüvə silahının istifadəsi fikri belə onun ağlına gəlməyib.

“Bizim öz prinsiplərimiz var. Prinsiplərimiz belə deyir: biz silahları tətbiq etməyə, o cümlədən də istənilən silahları, o cümlədən də sizin dediyiniz silahları da (nüvə silahını – red.) tətbiq etməyə hazırıq, əgər söhbət Rusiya dövlətinin mövcudluğundan, bizim suverenliyimiz və müstəqilliyimizə ziyanın vurulmasından gedirsə. Bizdə öz strategiyamızda hər şey ki yazılıb, biz onu dəyişməmişik“, – deyə Rusiya prezidenti əlavə edib.

O xatırladıb ki, ABŞ günü bu gün də öz nüvə qüvvələrini inkişaf etdirir, lakin bu hələ onların müharibə başlatmağa hazır olması demək deyil. Eyni zamanda, Putin bildirib ki, əgər ABŞ nüvə sınaqları keçirsə, Rusiyanın da eyni addımı atacağı istisna deyil.

“(ABŞ tərəfindən nüvə sınaqlarının keçirilməsi imkanı) onunla bağlıdır ki, yeni döyüş başlıqları hazırlananda, onları, bəzi mütəxəssislərin hesab etdiy kimi, təkcə kompüterdə sınaqdan keçirmək bəs etmir, onları təbii halda da sınamaq lazımdır. ABŞ-dəki bəzi dairələrdə bax belə fikirlər uçuşur, var. Biz onlar barədə xəbərdarıq. Biz də baxırıq“, – deyə o qeyd edib.

Putin Qərb qoşunlarının Ukraynadakı mövcudluğu məsələsinə də toxunaraq deyib ki, əgər ABŞ Ukraynaya öz qüvvələrinə göndərsə, Rusiyanı belə bir addımı ABŞ qoşunlarının Rusiya ərazisinə soxulması, intervensiya kimi qiymətləndirəcək.

Xəbəri paylaş

VİDEOLAR