Kremlin mətbuat xidməti məlumat yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ətrafındakı şəxslərin koronavirusa yoluxması səbəbi ilə özünütəcrid rejiminə riayət etməlidir.
Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Karantinin nə qədər çəkəcəyi haqda isə məlumat verilməyib.
Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, özünütəcrid rejimində olan Rusiya prezidenti tamamilə sağlamdır və bu rejim onun iş intensivliyinə təsir etməyəcək.