Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığında G20 sammitində iştirak etməyəcəyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, bu il sentyabrın 9-10-da paytaxt Dehlidə keçiriləcək sammitə Hindistan ev sahibliyi edəcək.
Hindistandan verilən açıqlamada Modinin "Rusiyanın qərarını anladığını" ifadə etdiyi və G20-yə sədrlik edərkən Dehlinin təşəbbüslərini dəstəklədiyi üçün Putinə təşəkkür etdiyi bildirilib.
Rusiya tərəfindən edilən açıqlamada bildirilib:
“İki ölkə yanvarın 1-də başlayacaq Rusiyanın BRİKS-ə sədrliyi kontekstində yaxından əməkdaşlıq etmək barədə razılığa gəldi.
Bundan əlavə, Rusiya-Hindistan münasibətlərinin xüsusi imtiyazlı strateji tərəfdaşlıq ruhunda tədricən inkişaf edən aktual problemlərinə də toxunulub.".