“General Süleymaninin öldürülməsi Amerikanın pisliklərinin nümunəsidir.”
Az.rasthaber.com SalamNews-a mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin İran İslam İnqilabının Ali lideri Ayətullah Seyyid Əli Xamenei ilə görüşü zamanı deyib.
Mərhum general Qasim Süleymaninin öldürülməsinin ABŞ-ın pisliklərinin bir nümunəsi olduğunu deyən Rusiya prezidenti Vaşinqton və NATO-nun bölgədə işğalçı və müdaxilə xarakterli siyasətindən danışıb.
“Heç kim müharibənin tərəfdarı deyil və sadə insanların həyatını itirməsi böyük faciədir, lakin Qərbin davranışı bizə reaksiya verməkdən başqa çarəmiz qoymadı...Bəzi Avropa ölkələri deyirdilər ki, biz Ukraynanın NATO-ya üzvlüyünə qarşıyıq, amma Amerikanın təzyiqi ilə buna razılaşdıq, bu da onların suverenlik və müstəqillikdən məhrum olduğunu göstərir”, deyə Putin bildirib.
O əlavə edib ki, “Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar özünə ziyan vurur və nəticədə neft qiymətlərinin artması, ərzaq təchizatı böhranı kimi problemlər ortaya çıxır.”
Rusiya prezidenti İranla bağlı əlaqələr haqda deyib:
“Rusiya və İran iki ölkə arasındakı münasibətlərdə milli valyutalardan istifadənin yeni yollarını işləyib hazırlayırlar.”
O, həmçinin ABŞ-ın Suriyadakı varlığına toxunub:
“Fəratın şərqindəki bölgə Suriya hərbi qüvvələrinin nəzarəti altında olmalıdır.”