Putin: Dağlıq Qarabağ Azərbaycanındır

Putin: Dağlıq Qarabağ Azərbaycanındır

"Dağlıq Qarabağdakı gərgin vəziyyət uzun illər davam etdi. Bunun xarici müdaxilə nəticəsində baş verdiyini düşünmürəm".

Rasthaber Azərbaycan Sputnik-ə xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, təmas xəttində tez-tez qarşıdurmalar baş verirdi: "Son nəticədə bu, münaqişə ilə nəticələndi. Biz həmişə, bu illər ərzində Qarabağ ətrafında 7 rayonun Azərbaycana qaytarılmasının lazım olması mövqeyindən çıxış etdik".

Putin xatırladıb ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb: "Beynəlxalq hüquq baxımından bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir".

Xəbəri paylaş

VİDEOLAR