Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Rusiya prezidenti Vladimir Putin bu gün ölkənin Təhlükəsizlik Şurasının iclasını çağıracaq.

Az.rasthaber.com "SalamNews"-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

O, tezliklə prezident Putinin Rusiya Təhlükəsizlik Şurasının iclasını çağıracağını bildirib.

Peskov qeyd edib ki, bu daha geniş və  böyük iclasdır.Putinin  Rusiya Təhlükəsizlik Şurasının  daimi üzvləri ilə hər zaman keçirdiyi iclaslara bənzəmir.

Onun sözlərinə görə, tədbirdə dövlət başçısının çıxışı gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR