Sərnişinləri arasında “Vaqner”in rəhbəri Yevgeni Priqojinin də olduğu “Embraer” təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya düşməzdən əvvəl qısa müddət ərzində bir neçə dəfə hündürlüyə qalxıb və enib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Flightradar” xidmətinin hesabatında deyilir.
Hesabata görə, təyyarə çərşənbə günü Moskva vaxtı ilə saat 18:19-a qədər təxminən 8,5 km yüksəklikdə olub, sonra şaquli sürəti kəskin şəkildə enib və hündürlüyünü itirib. Bundan sonra təyyarə təxminən 9,15 km maksimum hündürlüyə çatıb, sonra isə 8,4 km-ə düşüb. Nəhayət təyyarə hündürlüyü təxminən 8,9 km-də sabitləşdirib, bundan sonra kəskin şəkildə enməyə başlayıb.
“Flightradar” ən son məlumatları təyyarə təxminən 6 km hündürlükdə olarkən alıb. Bütün bu dəyişikliklər 32 saniyə ərzində baş verib.
Qeyd edək ki, avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçan təyyarənin Tver yaxınlığında qəzaya uğraması nəticəsində Priqojin də daxil olmaqla 10 nəfər həlak olub. Onlardan 3-ü ekipaj üzvü olub.