Fransa prezidentliyinə namizəd olan Marin Le Pen seçkilərdə qələbə qazanacağı təqdirdə hədəfinin Fransa ordusunun NATO-dan çıxarmaq olduğunu bəyan edib.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, “Əgər prezident seçilsəm, NATO-nun birləşmiş komandanlığından istefa verəcəm, lakin qarşılıqlı müdafiə ilə bağlı 5-ci maddədən imtina etməyəcəyəm” - deyə sağçı namizəd bəyan edib.
O, fransız qoşunlarını NATO-nun birgə komandanlığına və ya gələcək Avropa komandanlığına ötürməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Fransa ABŞ-ın protektoratına tabe olmayacaq.
“Ukraynada müharibə bitəndə və sülh bərqərar olanda mən NATO ilə Rusiyanın strateji yaxınlaşmasının tərəfdarı olacağam. Bu həm Avropanın, həm də ABŞ-ın maraqlarına uyğundur”, - deyə Marin Le Pen vurğulayıb.