Postunu təhvil verən Netanyahunun qapısına hər an polis gələ bilər

Postunu təhvil verən Netanyahunun qapısına hər an polis gələ bilər

İsrailin keçmiş baş naziri Binyamin Netanyahu vəzifəsini xələfi Yamina Partiyasının lideri Naftali Bennetə təhvil verib.

Rasthaber Azərbaycan xəbər verir ki, Netanyahu və İsrailin yeni Baş naziri Bennet Qərbi Qüdsdəki Baş Nazirlik Ofisində görüş keçiriblər. 

Mətbuata qapalı olan təhvil vermə üçün mərasim keçirilmədiyi və heç bir fotoşəkil və görüntü paylaşılmadığı diqqət çəkib.

Təxminən 30 dəqiqə davam edən təhvil verilmədən sonra Netanyahu Parlamentə gedib və öz blokundakı müxalifət partiya liderləri ilə görüşüb.

Qeyd edək ki, Netanyahu başnazirlik postu ilə ona qarşı olan bütün ittihamları "dondura" bilmişdi. İndi isə artıq bu post onu qoruya bilməyəcəyindən hər an polislər və prokurorluq əməkdaşları ona qarşı ittihamları səsləndirərək həbs etmələri üçün qapısına dayana bilərlər.

Netanyahu rüşvət, fırıldaqçılıq və ona göstərilən etimaddan sui-istifadə edilməkdə ittiham edilir. Netanyahu  zəngin dostlarından bahalı hədiyyələr alması və mediada pozitiv işılqandırılması müqabilində qaydaların dəyişdirilməsində günahlandırılır. Onun son məhkəməsi bu ilin aprel ayında baş tutmuşdu.

Xəbəri paylaş

VİDEOLAR