Pompeo: NATO müttəfiqimiz Türkiyənin yanındayıq

Pompeo: NATO müttəfiqimiz Türkiyənin yanındayıq

ABŞ-ın dövlət katibi Maykl Pompeo açıqlama verib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo İdlibdə həlak olan  Türkiyə əsgərlərinin ailələrinə başsağlığı verərək ölkəsinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrini Suriyadakı addımların koordinasiyasının təmini üçün paytaxt Ankaraya göndərdiyini söyləyib.

Pompeo bunu şəxsi “twitter” səhifəsindəki paylaşmasında yazıb.

Əsəd rejimi və Rusiyanı İdlibdəki hücumlarını dayandırmağa çağıran Pompeo “Ceffrini sabitliyi pozan hücuma cavab olaraq atılacaq addımların koordinasiyası üçün Ankaraya göndərdim. NATO müttəfiqimiz Türkiyənin yanındayıq” deyə vurğulayıb.

Qeyd edək ki, rejimin İdlibdəki müşahidə məntəqələrinə hücumlarında 5 Türkiyə əsgəri şəhid olub. Vəziyyət qarşısında Ceffri fevralın 11-i gecə radələrində Ankaraya gəlib.

Xəbəri paylaş

VİDEOLAR