ABŞ dövlət katibi Mayk Pompeo Gürcüstana gəlib.
Az.rasthaber.com 1TV-a istinadən xəbər verir ki, səfər zamanı Pompeo Gürcüstan Baş naziri Giorgi Qaxariya, prezidenti Salome Zurabişvili və XİN başçısı David Zalkaliani ilə görüşlər keçirəcək.
O, həmçinin Gürcüstanın Katalikos-Patriarxı İkinci İlia ilə də görüşəcək.
Görüşlər zamanı müxtəlif məsələlər, o cümlədən də Gürcüstan və regiondakı mövcud vəziyyət, təhlükəsizlik məsələlər və s. müzakirə ediləcək