PKK-ya qarşı əməliyyatların fevral ayı statistikası açıqlandı

PKK-ya qarşı əməliyyatların fevral ayı statistikası açıqlandı

Türkiyәnin tәhlükәsizlik qüvvәlәri fevral ayında da separatçı terror tәşkilatı YPG/PKK-ya ağır zәrbәlәr endirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyәdәki sülh vә tәhlükәsizlik mühitini pozmaq üçün mülki vәtәndaşları, uşaqları vә körpәlәri hәdәf almağa cәhd göstәrәn separatçı terror tәşkilatı YPG/PKK-ya qarşı fevral ayında ölkә daxilindә vә sәrhәddәn kәnarda hәyata keçirilәn әmәliyyatlar nәticәsindә 126 terrorçu zәrәsizlәşdirilib.

Digәr tәrәfdәn 2021-ci ilin 27 fevral tarixinәdәk tәhlükәsizlik qüvvәlәrinә tәslim olan terrorçuların sayı 31-ә yüksәlib.

Türkiyәnin Daxili İşlәr Nazirliyi tәrәfindәn  yanvar ayında başladılan ‘‘Eren’’ әmәliyyatları da davam etdirilir.

Bu çәrçivәdә fevral ayında Bitlis, Siirt, Tunceli, Hatay, Osmaniye, Qaziantep, Hakkari vә Şırnak şәhәrlәrindә yeni әmәliyyatlara start verilib.

Xəbəri paylaş

VİDEOLAR