Pezeşkiyan: İranın işləri danışıqlardan asılı deyil

Pezeşkiyan: İranın işləri danışıqlardan asılı deyil

İran Prezidenti İslam İnqilabının Rəhbərinin müdrik göstəriş və kəlamlarını yüksək qiymətləndirərək deyib: “Danışıqlar prosesi normal şəkildə davam edir. Ölkə işləri də öz təbii məcrasında həyata keçirilir, davam etdirilir və bu müzakirələr, məsələlər bir saniyə belə gecikdirilmir.”

Az.rasthaber.com xəbər verir ki, Məsud Pezeşkiyan hökumət heyətinin bu gün səhər saatlarında keçirdiyi iclasda İran İslam İnqilabının Rəhbərinin müdrik göstəriş və kəlamlarını yüksək qiymətləndirərək deyib: “Danışıqlar prosesi normal şəkildə davam edir. Ölkə işləri də öz təbii məcrasında həyata keçirilir, davam etdirilir və bu müzakirələr, məsələlər bir saniyə belə gecikdirilmir. Təbii ki, biz razılaşmanın əldə olunmasını alqışlayırıq.”

Hökumət heyətinin bugünkü iclasında İran Xarici İşlər naziri həmçinin İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında danışıqların son vəziyyəti və gedişatı, eləcə də gələn şənbə günü danışıqlara aid mövzular haqqında hesabat təqdim edib.

Xəbəri paylaş

VİDEOLAR