"Peyğəmbərin (s) mövludu təkcə bayram etmək deyil, nümunə götürməkdir"

“Biz bu günləri bayram edirik. Əsas məqam budur ki, bayram etmək təkcə şənlik, xatirəsini yad etmək və xatirələrdə saxlamaq deyil. Bayram etmək ondan dərs almaq və Peyğəmbəri (s) özünə nümunə götürməkdir.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameni bu günkü çıxışında deyib.

Tehranda “İslami Vəhdət Beynəlxalq Konfransı”nın iştirakçılarını, daxili və xarici qonaqlarını qəbul edən Ayətullah Xamenei Məhəmməd Peyğəmbərin (s) mövlud gününün əhəmiyyətindən və müsəlman dünyasının o həzrətin yolunu tutmasının vacibliyindən danışıb.

Ayətullah Xamenei qeyd edib ki, Məhəmməd Peyğəmbərin (s) mövludu təkcə bayram keçirmək deyil, həm də onu özünə nümunə götürməkdən ibarətdir.

Ayətullah Xamenei Peyğəmbərin (s) mövludu ərəfəsində keçirilən vəhdət günləri və İslam dünyasında birlik konsepsiyası haqda bunları deyib:

"Birlik həftəsinin həyata keçirilməsinə doğru getməliyik. İndi birlik nə deməkdir? Birlik dedikdə nəzərdə tutulan, şübhəsiz ki, məzhəbi birlik deyil. Bu o deməkdir ki, bu onun dininə daxil olmalı, o da bunun məzhəbinə. Xeyr, qətiliklə niyyət bu deyil. Vəhdət coğrafi anlamda da deyil. 60-70-ci illərdə bəzi ərəb ölkələrinin birləşərək bir olduqlarını bəyan etdikləri kimi ki, bu da baş tutmadı. Vəhdət İslam ümmətinin mənafeyinin qorunmasında olan birlik deməkdir. Əvvəlcə İslam ümmətinin maraqlarının harada və nədən ibarət olduğunu müəyyən edək; O zaman bu kontekstdə xalqlar bir-biri ilə razılaşsınlar, görsünlər ki, bu gün İslam ümmətinin nəyə ehtiyacı var, kiminlə düşmən, kiminlə dost, necə dost olsun?! Xalqlar müzakirə və danışıqlar zamanı bu istiqamətləri razılaşdırsınlar və bu istiqamətdə hərəkət etsinlər. (Birlikdən) Məqsəd də budur ki, hamı hegemonun planı qarşısında bir-birilə əməkdaşlıq etsinlər."

Xəbəri paylaş

VİDEOLAR