Peskov Türkiyə və Rusiya əlaqələrindən danışıb

Peskov Türkiyə və Rusiya əlaqələrindən danışıb

Kremlin mətbuat katibi Dmitri Peskov televiziyaya müshaibəsində deyib

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya dövlət başcısı Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlərin mübahisəli vəziyyətlərdən birlikdə çıxmağa imkan verdiyini bildirib. 

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"ə açıqlama verən Peskov Rusiya və Türkiyə arasındakı əlaqələri qiymətləndirib. 

İki ölkə arasındakı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyinə diqqət çəkən Peskov Putin ilə Ərdoğanın bir-birinə hörmətlə yanaşdığını bildirib.  

Onun sözlərinə görə, Rusiya və Türkiyə nəhəng oyunçulardır: Bizim ölkələr regionda sabitlik və təhlükəsizliyə yardım edə bilən nəhəng oyunçulardır. İki ölkə ən azından bölgədə müharibə yaranmaması üçün əllərindən gələni edə bilər.

Xəbəri paylaş

VİDEOLAR