Rusiya Qarabağ nizamlanmasında Türkiyənin rolu barədə ABŞ və Fransaya izahat verməyə hazırdır, əgər buna ehtiyac duyulursa.
Rasthaber Azərbaycan İnterfax-a istinadən xəbər verir ki, bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Şübhəsiz ki, əgər Minsk qrupunda həmsədrlik üzrə tərəfdaşlarımızın (ABŞ və Fransa) izahata ehtiyacı varsa, bu izahat təqdim ediləcək”, - o, jurnalistlərin müvafiq sualına cavabında qeyd edib.
“Xüsusən, indi diplomatik idarələrimzin xətti ilə Qarabağ məsələləri üzrə daimi təmas həyata keçirilir”, - Kremlin nümayəndəsi davam edib.
Paris və Vaşinqtonun Qarabağ nizamlanmasında Türkiyənin rolu və onun müxtəlif regional işlərdə güclənməsi ilə bağlı narahatlığına əsas varmı sualına Peskov cavabında bildirib ki, “Biz həmsədrləri Türkiyə Respublikası ilə ikitərəfli münasibətlərini şərh etmək istəməzdik. Bizim özümüzün, dəyər verdiyimiz, ikitərəfli münasibətlərimiz var”.
“Həmsədrlərin birgə statusuna gəlincə isə, əlbəttə ki, bizim üçün başlıc məsələ, bu yaxınlarda Dağlıq Qarabağda bərqərar olan sülhün necə qorunması, bütün köçürülən şəxslərin və qaçqınların qayıtmasını təmin etmək və s., və bu sülhün qorunmasının necə monitorinqinin aparılmasıdır”, - o əlavə edib.