Peskov Putinlə Ərdoğan arasındakı münasibətlər haqda danışdı

Peskov Putinlə Ərdoğan arasındakı münasibətlər haqda danışdı

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı münasbətlərdən danışıb.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, o, bildirib ki, Putinlə Ərdoğan dostluq münasibətləri saxlayır.

“Putinlə Ərdoğanın dostluq münasibətləri var. Məhz bu, ən çətin məsələlərdə belə dialoqa gəlib razılaşmağa imkan verir”, - deyə Rusiya prezidentinin sözçüsü qeyd edib.

O, vurğulayıb ki, Rusiya və Türkiyənin iqtisadi sahədəki qarşılıqlı fəaliyyətinin səviyəsi siyasi münasibətlər üçün sığorta rolunu oynayır.

Xəbəri paylaş

VİDEOLAR