Pentaqondan İran hücumları ilə bağlı yeni etiraf

Pentaqondan İran hücumları ilə bağlı yeni etiraf

Jonathan Hoffman yaralı hərbçilərlə bağlı açıqlama yayıb

Rasthaber Azərbaycan xəbər verir ki, Pentaqon sözcüsü cümə günü keçirdiyi mətbuat konfransında, İranın ABŞ bazasına etdiyi raket hücumu zamanı 34 ABŞ əsgərinin kiçik beyin yaralanmaları yaşandığını təsdiq edib. Jonathan Hoffman yaralı hərbçilərin müalicə almalarının davam etdiyi, bəzilərinin isə İraqdan xaricə göndərildiyini bildirib.

ABŞ Ordusu rəsmisi İranın Ayn al Asad hərbi bazasına həyata keçirdiyi raket hücumu ilə bağlı son açıqlamasında “İndiyə qədər 34 kiçik beyin tramvası təşxis edildi. Bunlardan 8-i Almaniyaya göndərildi və hələ də orada müalicə alırlar. 1 hərbçi isə Küveytə göndərilib və indi İraqa geri dönüb. 16 hərbçi isə İraqda qalaraq yaxın zamanda xidmətlərinə geri dönəcəkləri gözlənilir.”, -deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR