Pentaqondan Ayn al Asad etirafı

Pentaqondan Ayn al Asad etirafı

İranın hücumundan sonra yaralıların daha çox olduğu ABŞ müdafiə nazirliy itərəfindən etiraf edilib

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ-ın Fox telekanalı Pentaqon-un İranın İraqdakı Amerika bazalarını atəşə tutması nəticəsində daha çox hərbçinin yaralandığını etiraf edib.

Məlumata görə, İraqdakı hücumdan sonra daha çox hərbçi İraq xaricindən müayinə və müalicə üçün göndərilib.

Son günlərdə ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) rəsmisi İranın İraqdakı Amerika bazalarını atəşə tutması nəticəsində 11 hərbçi yaralandığını bildirmişdi.

CENTCOM" rəsmisi, kapitan Bill Erban "Hücum zamanı yaralılarımız cüzi xəsarət alıblar. Bu hərbçilərin xidmət üçün yararlı hesab edildikləri zaman İraqa qayıdacaqları gözlənilir", - demişdi.

O hərbçilərin Almaniyadakı Landstuhl xəstəxanası ilə Küveytdəki Arifjan bazalarına aparıldığını açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR