Penitensiar Xidmətdin Tofiq Yaqublunun vəziyyəti haqqında məlumatı

Penitensiar Xidmətdin Tofiq Yaqublunun vəziyyəti haqqında məlumatı

Həbsdə olan müxalifətçi Tofiq Yaqublunun müalicə müəssisəsinə köçürülməsi həkimin rəyindən asılıdır.

Həbsdə olan müxalifətçi Tofiq Yaqublunun müalicə müəssisəsinə köçürülməsi həkimin rəyindən asılıdır. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Turan-ın Yaqublunun səhhətinin pisləşməsi ilə bağlı sorğusuna cavabda bildirib.

"Həkimin rəyi varsa və onun müalicəsinə ehtiyac duyulacaqsa, o, müalicə müəssisəsinə köçürüləcək. İstintaq Təcridxanasında stasionar da var. Əgər stasionar şəraitində onun müalicəsi mümkündürsə orada müalicə olunacaq", deyə Sadıqov qeyd edib.

Tofiq Yaqublu martın 22-də uydurma xuliqanlıq ittihamı ilə həbs edilib. Bir çox beynəlxalq təşkilatların nümayəndələri onun həbsini pisləyiblər və siyasətçini dərhal azad etməyə çağırıblar. 

Xəbəri paylaş

VİDEOLAR