Paşinyandan Türkiyə ilə bağlı gözlənilməz açıqlama

Paşinyandan Türkiyə ilə bağlı gözlənilməz açıqlama

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Ermənistan regionda sülhün bərqərar edilməsi ilə bağlı Türkiyədən bəzi müsbət siqnallar alıb.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Regioda sülhün bərqərar edilməsi gündəliyinə geri dönərək, mən deməliyəm ki, biz Türkiyədən bəzi müsbət ictimai siqnallar aldıq. Biz bu siqnalları qiymətləndiririk, müsbət siqnallara müsbət siqnallarla da cavab verəcəyik”, – deyə o qeyd edib.

Xatırladaq ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan 25 avqustda deyib ki, Qarabağın işğalının başa çatması ilə regiondakı möhkəm sülhün bərqərar edilməsi üçün yeni imkanlar pencərəsi açılıb. O qeyd edib ki, əgər Ermənistan bu imkanları dəyərləndirərsə, Ankara lazım olan hər şeyi etməyə hazırdır.

Xəbəri paylaş

VİDEOLAR