Paşinyandan acı etiraf: Geri çəkilməyə məcbur olduq, itkilərimiz də çoxdur...

Paşinyandan acı etiraf: Geri çəkilməyə məcbur olduq, itkilərimiz də çoxdur...

işğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyan açıqlama verib

Rasthaber Azərbaycan  “İnterfaks”-a istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyan erməni silahlı birləşmələrinin 27 sentyabrdan Qarabağda davam edən döyüşlər zamanı 2 istiqamətdə geri çəkilməli olduğunu etiraf edib.

“Şimal və cənub istiqamətlərində qoşunlarımız geri çəkilib”, – deyə o bildirib.

Paşinyan Azərbaycan ordusunun taktika dəyişikliyi edərək “diversiya hücumları ilə arxamızda xaos yaratmağa çalışdığını” da əlavə edib.

O, itkilər barədə də danışıb.

“Hazırda bizim itkilərimizin sayı olduqca çoxdur”, – deyə Paşinyan bildirib və itkiləri etiraf etmək məcburiyyətində qaldığını əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR