Ermənistanın iqtisadiyyat nazirinin müavini Varos Simonyan vəzifəsindən azad edilib.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan bununla bağlı fərman imzalayıb.
Digər fərmanla bu vəzifəyə Arşak Aslanyan təyin olunub.
Qeyd edək ki, V.Simonyan 2019-cu il avqun 22-də bu posta gətirilmişdi. O, bundan əvvəl Ermənistanın Avropa İttifaqındakı ticarət attaşesi işləyib.