Paşinyan Rusiyanın sərhədlə bağlı təkliflərinə razı olduğunu bildirdi

Paşinyan Rusiyanın sərhədlə bağlı təkliflərinə razı olduğunu bildirdi

Rəsmi Yerevan Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi Bakı ilə demarkasiyanın hazırlıq mərhələsinə dair təklifi ilə razıdır.

Az.rasthaber..com “Sputnik”-ə istinadən xəbər verir ki, bu barədə işğalçı Ermənistan rejiminin baş naziri Nikol Paşinyan bildirib.

Mənim dünənki bəyanatımdan sonra Rusiya MN demarkasiya və delimitasiyanın hazırlıq mərhələsi ilə bağlı təkliflə çıxış edib. Və mən də təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”, – deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, Paşinyan ötən gün parlamentdə deyib ki, 2021-ci ilin may ayından sonra Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya ilə bağlı 3 təklif irəli sürülüb və onların hamısı, mahiyyətcə, məqbul olub və bu cür də qalmağa davam edir.

Ermənistan baş naziri müdafiə naziri Suren Papikyana həmin təklifləri reallaşdırmaq üçün onların təfərrüatlarını rusiyalı həmkarı ilə dəqiqləşdirməyi tapşırıb.

Xəbəri paylaş

VİDEOLAR