Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Şurası sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi barədə qərar qəbul edib.
Rasthaber Azərbaycan xəbər verir ki, TASS Ermənistanın baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyana istinadən məlumat yayıb.
“Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb”, - Paşinyan yazıb.