Papa ilə görüşdə Ayətullah Sistaninin müdrik mövqeyi İslam dünyasının izzətinə səbəb oldu

Papa ilə görüşdə Ayətullah Sistaninin müdrik mövqeyi İslam dünyasının izzətinə səbəb oldu

İslam İnqilabının Rəhbəri ofisinin beynəlxalq əlaqələr üzrə sədr müavini dünya katoliklərinin rəhbəri ilə görüşdə Ayətullah Sistaninin zəkasını təqdirə layiq dəyərləndirib və onun müdrik mövqelərinin İslam dünyasının izzətinə və başıucalığına səbəb olduğunu vurğulayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri ofisinin beynəlxalq əlaqələr üzrə sədr müavini Höccətülislam vəlmüslimin Möhsün Qomi İran İslam Respublikasının mədəniyyət orqanlarının bir qrup rəsmisi ilə görüşdə, Ayətullah Sistaninin bu tarixi görüşdə mühüm beynəlxalq məsələlər, o cümlədən Qüdsün işğal olunmasına təkid etməsinə toxunaraq deyib: "Ayətullah Sistaninin bu təkidləri Qüdsü işğal edən rejimlə münasibətləri normallaşdırma fitnəsini puça çıxardı".

İslam İnqilabının Rəhbəri ofisinin beynəlxalq əlaqələr üzrə sədr müavini sonra deyib: "Ayətullah Sistaninin yoxsulluq, məhrumiyyət, ayrı-seçkilik və sanksiya vəziyyətindən narazılıq ifadə etməsi və dini liderlərin məsuliyyətlərinə əməl etməli olduqlarını vurğulaması Quranın İbrahimi dinlərin ardıcılları və rəhbərlərinə təlim keçdiyi  “Kəleməten Səva"nın sizinlə bizim aramızda eyni olan kəlmənin bariz nümunəsi ola bilər və onun nəticələrini gözləmək lazımdır".

Xəbəri paylaş

VİDEOLAR