Pakistan ABŞ-la düşmənçiliyə yol verə bilməz.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın yeni Baş naziri Şahbaz Şərif bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə rəsmi İslamabad rəsmi Vaşinqtonla yaxşı münasibətlər qurmalıdır.
Şahbaz Şərif əvvəlki hakimiyyəti - keçmiş baş nazir İmran Xanın hökumətini Səudiyyə Ərəbistanı ilə bağlı da tənqid edib.
O deyib ki, keçmiş hökumət Kəşmir problemini rəsmi ər-Riyadın iştirakı olmadan həll etmək istəyirdi.
Qeyd edək ki, yeni baş nazir ilk xarici səfərini 28 apreldə Səudiyyə Ərəbistanına edəcək.