Pakistanın iki əsas siyasi partiyası - Pakistan Müsəlman Liqası (PML-N) və Pakistan Xalq Partiyası (PPP) - hazırda federal və Pəncab və Bəlucistan əyalətlərində hökumət qura bilmək üçün ciddi səylər göstərir.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “News” qəzeti məlumat yayıb.
Məlumata görə, bazar günü PPP parlament fraksiyasının sədri Asif Əli Zərdari PML-N ilə təklif olunan ittifaqın şərtlərini, o cümlədən nazirlərin portfellərinin bölüşdürülməsini müzakirə etmək üçün “vacib görüşlər” keçirəcək.
Qeyd edək ki, Seçki Komissiyasının məlumatına görə, Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilər çərçivəsində 266 seçki dairəsindən 260-nın nəticələrinə baxılıb. PML-N 75, PPP 54 seçki dairəsində qalib gəlib.