Pakistan ordusunun bu gün səhər saatlarında Sistan-Bəlucistan əyalətinin Seravan şəhəri yaxınlığında həyata keçirdiyi raket hücumu nəticəsində 7 əcnəbi vətəndaş həyatını itirib.
Az.rasthaber.org xəbər verir ki, Pakistanın verdiyi açıqlamada Pakistan terrorçularının İrandakı sığınacaqlarının hədəf alındığı bildirilib.
Pakistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Yayımlanan bəyanatda aşağıdakı ifadələr yer alıb:
"Biz İranın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edirik; Pakistan İranın Sistan və Bəlucistan əyalətində bir sıra hərbi hücumlar həyata keçirib. Bu əməliyyatın məqsədi Pakistanın təhlükəsizliyini və milli maraqlarını təmin etmək olub.
İran qardaş ölkədir və Pakistan xalqı İran xalqına böyük hörmət və məhəbbət bəsləyir. “Biz terrorizm təhlükəsi də daxil olmaqla, ümumi çağırışlarla mübarizədə əməkdaşlıq və ümumi həll yolları tapmaq üçün səylərimizi həmişə davam etdirəcəyik”.