Pakistanın baş naziri koronavirusa yoluxub

Pakistanın baş naziri koronavirusa yoluxub

Pakistanın baş naziri İmran Xan yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Rasthaber Azərbaycan Trend-ə istinadlı məlumatına görə, bu barədə Pakistanın baş nazirinin səhiyyə məsələləri üzrə köməkçisi Feysal Sultan deyib.

Pakistanın Milli İdarə və Əməliyyat Mərkəzinin sədri Əsəd Umar baş nazirin koronavirusa yolxumasını şərh edərkən, ölkə sakinlərini təcili peyvənd olunmağa çağırıb: "Peyvənd olunmağa icazəsi olan bütün vətəndaşlar xəstəliyə qalib gəlmək üçün peyvənd olunmalıdırlar".

 

Qeyd edək ki, Pakistanda koronavirusun üçüncü dalğası başlayıb. Ölkə hakimiyyəti virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görür.

Xəbəri paylaş

VİDEOLAR